Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

SON DƏQİQƏ: Ərzaq bahalaşdı!

Həftə.az xəbər verir ki, ilin əvvəlindən başlayan bahalaşma koronavirusun epidemiyasının yayılmağı ilə daha da gözəçarpan olub.

Belə ki, ən çox bahalaşma ərzaqlarda özünü göstərir.

Məsələn, bir həftə öncə mal ətinin 1 kq 10 manat idisə, hazırda 11 manata satılır. Qoyun ətinin qiyməti isə artıq 13 manatı keçib.

1 kiloqramı 12 manata satılan kərə yağı bugün marketlərdə 17 manatadır.

Sarımsağın bahalaşması isə rekord vurur. Bir həftəyə 3 manatlıq sarımsaq 8 manatlığa dönüb.

Bundan başqa, üzüm sirkəsi 50 qəpikdən 2 manatadək artıb və s.

Satıcıların fikrincə, bahalaşma bu həftə də davam edəcək.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …