Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

İranlı müştərilərlə bağlı -RƏSMİ məlumat

“Holiday Inn Baku” hotelinin rəhbərliyi bu hotelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib.

Həftə.az xəbər verir ki, Hoteldən  bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən hoteldə qonaqlayan 2 xarici vətəndaş yoxlamaya alınıb və koronovirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:

“Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər”.

Qeyd edək ki, Bakıda “Holiday Inn Baku” hotelinin iki, digər hotellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü. (report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …