Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

HƏYƏCAN: Neft 30 dollara enə bilər

Dünya bazarında neftin qiyməti 30 dollara düşə bilər.

Həftə.az xəbər verir ki, bu barədə «Standard Chartered Bank» maliyyə korporasiyası elan edib.

Şirkətin hesablamasına görə, OPEK+ ölkələri mart ayında keçirilən görüşdə hasilatı azaltmasalar, neft yenidən kəskin ucuzlaşacaq.

Şirkətin analitikləri bildirirlər ki, koronavirusla əlaqədar olaraq yanvar ayında dünyada neftə tələbat kəskin azalıb. Virusa görə daşımalar, o cümlədən təyyarə səfərləri azalıb ki, bu da son nəticədə yanacağa tələbatın aşağı düşməsi ilə nəticələnib.

Bundan başqa, epidemiyaya görə, Çin hökuməti sənaye müəssisələrinin də fəaliyyətini dayandırıblar ki, bu da xammala tələbatı aşağı salıb.

Fevralda virus Avropaya keçib. Burada əsas yayılma mənbəyi İtaliyanın sənaye müəssisələrinin toplandığı şimal ərazisi olub. Bu da neft bazatrına mənfi təir edib.

«Belə vəziyyətdə neft hasilatının azaldılmaması bazarın zəifləməsinə və qiymətlərin 30 dollaradək enməsinə səbəb olacaq»-deyə «Standard Chartered»in analitikləri bildirirlər. Eyni zamanda, mütəxəssislər əsmmindirlər ki, OPEK+ ölkələri hasilatı azaltmağa razılaşacaqlar. Çünki bundan imtina etmək onlara baha başa gələcək.

Digər investisiya şirkətində – «Goldman Sachs»da da hesab edirlər ki, neft bazarında yaranan vəziyyət 2008-ci ildən sonra ən böyük şokdur. Qeyd edək ki, son günlər Brent nefti 50 dollardan aşağı düşüb ki, bu da son 2,5 il ərzində ən aşağı qiymətlər sayılır.

Amma bu gün qiymətlər bir qədər artaraq 51 dolları keçib. 

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …