Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Gürcüstan maska istehsal edəcək

Gürcüstanda iki şirkət tibbi maskaların istehsalına maraq ifadə edib.

Həftə.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən yerli “IPN” agentliyinə bildirilib.

Hər iki şirkətə müvafiq icazə verilib və onlar artıq istehsal avadanlığının təchizatı prosesinə başlayıb.

Səhiyyə Nazirliyi şirkətlərə tibbi maska istehsalına mümkün olduğu qədər tez başlamağı tapşırıb.

Xatırladaq ki, qonşu ölkədə ciddi tibbi maska qıtlığı yaşanır. (report.az)

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …