Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

DSX və Hərbi Prokurorluq birgə məlumat yaydı – FOTO

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

Həftə.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun Mətbuat mərkəzlərinin yaydığı birgə məlumatda bildirilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərrəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş¬lanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq-çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunmuş və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd-çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. 01 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulmuş, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulmuşdur.

Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …