Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Ərdoğan: “Türk əsgərini şəhid edən rejim hədəfimizdir”

Türkiyə Suriyada bu günə qədər nə İranı, nə də Rusiyanı birbaşa hədəf seçib. Bölgədə keçirdiyimiz əməliyyatlarda sadəcə türk əsgərini şəhid edən rejim hədəfimiz olub. Buna hörmət edilməsini gözləyirik.

Həftə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu qafillərə Türkiyənin baş əyməyən böyük bir dövlət olduğunu göstəririk. Əsgərlərimizin həyatına qəsd edənləri yerlə-yeksan etmək boynumuzun borcudur.

Yaşananlardan ibrət almayanların bizi hələ də təhdid etmələri ağıllarının başlarına gəlmədiyini göstərir. Sərhədlərin kənarına çıxmasalar, bir müddət sonra çiyinlərinin üzərində o başları qalmayacaq.

Rusiya və İrana bir daha səslənirəm. Suriyada bizim sizinlə dərdimiz yoxdur”, – deyə Ərdoğan bildirib.

“Belə zamanlarda əsl dost və gizli düşmən ortaya çıxır. Bu mübarizə şəxsi seçimimizlə deyil, millətimizin iradəsi ilə reallaşdı. 15 iyulda Türkiyə niyə çölə çıxmışdısa, bu gün də eyni səbəblə Suriyadadır. Heç kim nə ABŞ-a, nə də Rusiyaya “Niyə Suriyadasınız” demir. Türkiyədən isə bunun hesabını istəyirlər”, – Ərdoğan bildirib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …