Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Papa da yoluxdu?

Həftə.az xəbər verir ki, bəşəriyyətin yeni bəlası koronavirusun Roma Papasını da yoluxdurduğu deyilir.

Koronavirusun ən çox yayıldığı ölkə olan İtaliyada katoliklərin liderinin nasazlıq səbəbindən bütün proqramını təxirə salması onun həmin virusa yoluxa biləcəyinə dair narahatlıqları artırıb. Belə ki, bir neçə gün əvvəl Papa kütləvi ayin zamanı dindarlarla görüşüb, onların əlini sıxıb, yanaqlarından öpüb. Bu zaman toplaşanların arasında maskalı adamların olduğu gözə dəyib.

Fevralın 27-də Vatikan elan edib ki, Papa özünü nasaz hiss edir və rəsmi görüşlərini, tədbirlərini təxirə salır. Bundan əvvəl Papanın tez-tez asqırdığı və öskürdüyü, alnının tərini sildiyi görünüb. Onun “bir balaca soyuqladığı” bildirilib, lakin sonrakı günlərdə də 83 yaşlı Papa görünməyib. Vatikan isə onun səhhəti barədə susur.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …