Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

“Azərbaycanlılar İrəvanda” videosu Ermənistanı təşvişə salıb

Həftə.az xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanları bir neçə gün əvvəl internetdə yayılan azərbaycanlıların Yerevanda sərbəst dolaşması videosuna görə təşvişə düşüblər.

Buna görə Ermənistan Milli Təhlükəsizlik Xidməti təhqiqat aparıb və həmin qalmaqallı videonun montaj olduğunu bildirib.

Fevralın 29-da yaydığı bəyanatda əhalini əmin edir ki, heç bir azərbaycanlı Yerevanda olmayıb və video çəkməyib. Həmin kadrlar montajdır, belə ki, rolik ilk dəfə 2018-ci ilin əvvəllərində internetdə yerləşdirilib. Orada hansısa qadın erməni dilində Yerevanda yeni ticarət mərkəzinin açılmasından bəhs edir. Daha sonra həmin videoya azərbaycanca səs əlavə edilib və montaj olunub.

Azərbaycanlılar İrəvanda, ŞOK VİDEO

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …