Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Azərbaycanlı “Altın Kelebek”ə 50 min vermişdi, batdı

Həftə.az xəbər verir ki, Azərbaycan ulduzlarının da səbirsizliklə gözlədiyi “Altın kelebek” mükafatvermə mərasimi təxirə düşüb.

Təşkilatçılar İdlibdə 33 əsgərini itirən Türkiyə üçün şənlik keçirməyin doğru olmadığını hesab ediblər.

Həftə.az-ın Türkiyədən aldığı məlumata görə, bununla da mükafat üçün ödənilən pullar da batmış hesab olunur.

Mənbənin bildirdiyinə görə, Azərbaycanın builki “qalibi” mükafat almaq üçün təşkilatçılara 50 000 dollar vəsait ödəyib.

Xatırladaq ki, bu il bu mükafata namizədlər müğənnilər Röya Ayxan, Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Şirin, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov və aktrisalar Oksana Rəsulova, Pərvin Abıyevanın adları var idi. 

Baxın

Türkiyənin məşhur modelyeri öldü

Türkiyənin məşhur modelyer Nur Yerlitaş ölüb. Hefte.az xəbər verir ki, modelyer bugün müalicə aldığı xəstəxanada …