Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Astara xəstəxanasında BİABIRÇILIQ – VİDEO

İrandan Azərbaycana qayıdan və koronavirus şübhəsilə saxlanan vətəndaşlar tərəfindən Astarada çəkilən video geniş müzakirələrə səbəb olub. Videoda danışan vətəndaş bildirir ki, onlara 1 saatlıq müayinədən sonra buraxılacaqları deyilsə də 6-7 saatdır gözləyirlər. Şəxs onların müayinə üçün gətirildiyi xəstəxanada müayinə üçün heç bir şərait olmadığını, gigiyenik qaydalara riayət edilmədiyini bildirir.

Həftə.az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat katibi Aynurə Əhmədova bildirib ki, hazırda həmin video qurum tərəfindən araşdırılır:

“Videonun harada çəkildiyi müəyyənləşdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …