Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Murad Dadaşovdan Xəzər TV-yə təyinatına münasibət

Bu ilin əvvəlində Xalq artisti Murad Dadaşovun Xəzər TV-yə rəhbər təyin edilməsi barədə xəbərlər ajiotaj yaratdı. Amma heç kim bununla bağlı Murad Dadaşovun özündən məlumat almadı.

Həftə.az nəhayət, bu mövzuya aydınlıq gətirməyə çalışdı.

Təyinatla bağlı saytımıza danışan xalq artisti bunları dedi:

“Mən də sizin kimi… Hələki konkret bir təyinat olmayıb. Mən də Xəzər TV-yə işə çıxmıram. Həmişəki kimi “MGroup”-da otururam və yeni layihələr üzərində işləyirəm”.

Xatırladaq ki, Xəzər TV-nin rəhbəri postuna iki namizəd – Murad Dadaşov və ATV-nin eks-prezidenti Vüqar Qaradağlının adı çəkilir.

Hazırda iş yerini tərk etsə də, rəsmi olaraq telekanalın təsisçisi və rəhbəri Əli Həsənovun oğlu Şamxal Həsənovdur.

Baxın

Türkiyənin məşhur modelyeri öldü

Türkiyənin məşhur modelyer Nur Yerlitaş ölüb. Hefte.az xəbər verir ki, modelyer bugün müalicə aldığı xəstəxanada …