Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Ekspert: “Koronavirusdan gələn 50 milyardlıq ziyan”

Son aylar tüğyan edən koronavirus epidemiyası yalnız fiziki deyil, maddi ziyanı ilə bəşəriyyətin bəlasına çevrilib.

Bu haqda Həftə.az-a İqtisad Elmləri fəlsəfə doktoru Ramin Arpaçaylı danışdı:

“Çində meydana gələn yeni koronavirus hadisəsi sadəcə istehlak, qida və digər sahələrə deyil, eyni zamanda xidmət sektorlarına da ciddi şəkildə mənfi təsir göstərməkdədir.

Bu cür xidmət sektorlarından biri də beynəlxalq avia (yük və sərnişin) daşıma və bu sektora bağlı digər sahələrdir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) nın bildirdiyinə görə, bu virusun beynəlxalq havacılıq sektoruna təsiri, 2003-cü ildə ortaya çıxmış SARS-ın meydana gətirdiyi maliyyə xərclərindən daha ağır olacağı və aviakompaniyaların gəlirlərinin 29 milyard ABŞ dollardan yəni 50 milyard manatdan daha çox azalacağı təxmin edilməkdədir.

 Bu zərər daha çox Sakit okean hövzəsi və Asiya coğrafiyasında öz təsirini göstərəcək. Ən böyük zərəri isə Çinə bağlı yerli aviakompaniyaların görəcəyi, bunun da ziyanın təxminən 12.8 milyard ABŞ dolları olacağı təxmin edilməkdədir.

2020-ci ildə beynəlxalq hava nəqliyyatı ilə birgə həmin sektora bağlı digər sahələrdə tələbin 4.1% artmasının gözlənilməsinin əksinə, tələbin 0.6% azalacağı İATA tərəfindən təsdiqlənmişdir.

Son məlumatlara görə, Çinin ən çox istifadə edilən 10 hava limanında 6-7 min reysin ləğv edilməsi və bu vəziyyətin uzun müddət davam etməsi qlobal aviaşirkətlər üçün maliyyə xərclərinin nə qədər ağır olacağını göstərməkdədir. Pekin, Şanxay, Çengdu, Şenzen və Zihan hava limanlarında reyslərin yarıya qədər azaldı, Vuhanda isə reyslərin tamamilə ləğv edildi.

ABŞ, İngiltərə, Almanya, Fransa, Kanada, İndoneziya və Türkiyə kimi böyük dövlətlər Çinlə ciddi kargo və sərnişin daşıma reyslərini ləğv etməsi səbəbindən dünyanın bütün hava nəqliyyatına və iqtisadiyyatına mənfi təsir edəcək. Mütləqdir ki dünyada baş vermis bu hadisə Azərbaycana da öz mənfi təsirini göstərəcək. İstər AZAL QSC-nin, istərsə də H.Əliyev adına Beynəlxalq Hava limanının gəlirlərinə təsirsiz ötüşməyəcək.

Məlumat üçün bildirim ki, keçən il Çinin Şanxay şəhərində keçirilən “ITB China” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” və ÇXR-in aparıcı turizm şirkəti “ETI-Holidays” arasında üçtərəfli anlaşma ilə çinli turistlərin  Azərbaycana qrup səfərlərinin təşkil edilməsi çərçivəsində memorandum imzalanmışdı. Bu memoranduma əsasən, Azərbaycana gələcək çinli turist sayısının 200 minə çatdırılması və Çinin digər şəhərlərlərinə birbaşa reyslərin 2020-ci ildə başladılması istiqamətində razılıq əldə edilmişdi”.

Xatırladaq ki, AZAL-ın Bakı-Pekin birbaşa reysləri artıq bir aya yaxındır ki, ləğv edilib.

Baxın

“Prezidentin yetişdirdiyi kadrları ondan gizlədirlər!”

Hefte.az xəbər verir ki, bu sözləri “Yaşıllar” hərəkatının lideri Ceyhun Osmanlı deyib. Ölkə başçısının son …