Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Videosu yayılmış azərbaycanlı geyin ÖLMƏK QORXUSU

MƏN QORXAQ DEYİLƏM, AMMA, ÖLMƏK DƏ İSTƏMİRƏM!

Artıq 8 ilə yaxındır ki, LGBTİQ mövzusunda bacardığım qədər mübarizəçiyəm. Özümü daha yaxından 2012-ci ildə, Bakıda hərbidə işləməyə başlayandan tanıdım. Əhatəmin genişlənməsi, ilk smartfona sahib olmağım, Bakının Gəncəyə nisbətən daha inkişaf etmiş olması, LGBTİQ fərdlərin daha çox yığışdığı məkanların olması falan kömək etdi ki, “mən kiməm?” sualına cavab tapım.
Mən öz qorxularımı, tabularımı, komplekslərimi aşdım, 20 yaşımda ilk dəfə bir oğlanla tanışlığa, sevgili olmağa, cinsəl münasibət yaşamağa özümdə cəsarət tapdım.
3000 nəfərlik hərbi hissə kollektivi ilə qarşı-qarşıya durmaqda güc tapdım. Onun məni sevdiyini yəqin edəndən sonra hətta ailəmdən də gizlənməməyi düşündüm, buna da gücüm çatdı. Sevdiyim yanımdadırsa, mənə yetər dedim. Ailəmin də mənə dəstək verməsi məni lap güclü etdi.
Sonra İsa Şahmarlını tanıdım. Qısa müddətdə isə onu itirdik. Bununla da aktivizmin nə qədər vacib olduğunu anladım. İsa Şahmarlının intiharı səbəb oldu ki, mən LGBTİQ təşkilatları, QHT-ləri və aktivistləri tanıyım. Nədənsə içlərində “Nəfəs LGBT Azərbaycan Alyansı” mənə daha maraqlı gəldi. Hərbidə işləməyimə nə qədər təhlükə yaratsa da artıq Nəfəsin tədbirlərinə, forumlarına qatıldım. Cavidi, Səmədi və bir çoxlarını bu forumlarda tanıdım. Sosial şəbəkələrdə, xüsusən facebookda digər lgbtiq fərdlərə çatmağa çalışdım.
Artıq hətta hərbi hissədə belə kiçik qruplar halında digərlərini də maarifləndirməyə başladım. Çox qısa zamanda İŞİMDƏN QOVULDUM.
Münasibətdə olduğum şəxs təkid edirdi ki, aktist həyatdan uzaq olum, qapalı yaşayım, tanınmayım. Mən isə nə olur olsun özüm kimi insanların hər zaman yanında olacağıma, əlimdən gələn köməkliyi də əsirgəməyəcəyimi dedim.
Məhz buna görə sevgilim tərəfindən TƏRK EDİLDİM.
Yenə güclü oldum. Həyatımın hələ qarşıda olduğunu düşünüb təsəlli tapdım.
Az müddət işsiz qaldıqdan sonra bir zavodda iş tapdım. Amma, orda da mənim işdən sonra “tanınmış” geylərlə şəhərdə gəzməyimi problem etməyə, məni sıxışdırmağa başladılar. Bir müddət sonra yenə İŞİMİ İTİRDİM.
Mən bu müddətlərdə nə qədər problemlər yaşasam da, bunu həmişə ailəmdən, dostlarımdan GİZLƏTDİM. Heç kəsi ümidsizliyə qapdırmaq, qorxutmaq, özü kimi olmaqdan çəkindirməyə səbəb olmaq istəmədim. Gizlicə ağladım, sonra yenə meydana çıxdım! Çoxu şahiddir ki, əlimdən gələn köməyi heç vaxt heç kəsdən əsirgəməmişəm, nə maddi, nə mənəvi.
Qohumlar tərəfindən də təhqir olunmuşam, alçaldılmışam, tanımadığım insanlar tərəfindən də, hüquqlarımı qorumalı olan polis tərəfindən də… Özümü yalnız hiss etdiyim zamanlarda belə, gücsüz hiss etməmişəm. Nə qədər insanlar tərəfindən itələnsəm də, elə məhz o itələyənləri qucaqlayacaq qədər sevgi tapmağı bacarmışam içimdə.
Amma, bu gün…
Artıq bir həftədir ki, tükənmişəm, zəifləmişəm, gücdən düşmüşəm…
Artıq nəinki özüm, hətta ailəm, dostlarım da əziyyət çəkir, təhqir olunurlar, təzyiqlərə məruz qalırlar…
İndi təkcə özümü deyil, həm də anamı, qardaşımı çətin vəziyyətə salmışam. Öz qohumlarım azmış kimi, bir də gəlnimizin qohumları var artıq. Anamla qardaşıma “problem” yaratdığım üçün və onları bu bataqlıqdan xilas edə bilmədiyim üçün ürəyim ağrıyır. Qəsəbədəki evimizə, anamın yanına gedə bilmirəm, qohumdan, qonşudan olan münasibətdən narahat oluram. Heç bir pis iş görmədiyim halda, insanların utandırıcı baxışlarını ötüşdürmək olmur. Mütəmadi olduğu üçün… Evdən çölə çıxmırıq.
Üstəgəl bu dəfə sevgilimə, onun ailəsinə də problem yaratdım. Necə belə bir səhvə yol verdim anlamıram.
Depresiyadayam. Çəki itirmişəm, hər şey pozulub həyatımda.
İlk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm.
Mənə görə təhqir olunan, təhdid olunan, problem yaşayan bütün dost-tanışdan məni bağışlamalarını istəyirəm. Kömək üçün səfərbər olan bütün dostlara minnətdaram, sizin sayənizdə ayaqdayam!
Ümid edirəm ki, bu problem məni bitirməyəcək…

Həftə.az xəbər verir ki, bu sözləri bir müddət öncə həmcinsi ilə olan münasibətini əks etdirən videosu yayılmış Rəvan Nəsimi yazıb.

Xatırladaq ki, 2016-cı ildə cinsi oriyentasiyasına görə sıxışdırıldığı üçün 20 yaşlı İsa Şahmarlı intihar öncəsi buna bənzər “vida” məktubu yazmışdı.

Baxın

Bakı geyim dükanlarında qəribə QADAĞALAR

Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır. Hefte.az xəbər verir ki, …