Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Ukrayna “erməni soyqırımı”nı rədd etdi

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi geri qaytarılıb.

Həftə.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.

Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Xatırladaq ki, Ukrayna parlamentinin Xocalı soyqırımının tanınması məsələsinə baxacağı gözlənilir. (report.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …