Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Atamın ruhuna ən böyük həqarətdir” – Səməndər Rzayevin qızı

“Bu, hörmətsizlikdir. Özüm 25 ildir incəsənət sahəsində jurnalistəm. Lakin heç vaxt reytinq xətrinə belə yazılar yazmamışam”. Bu sözləri açıqlamasında mərhum sənətkar, xalqın sevimli aktyoru Səməndər Rzayevin qızı Rübabə Rzayeva bildirib.

Həftə.az xəbər verir ki, yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub. Bu münasibətlə “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib. Mərasim zamanı saytlardan birinə açıqlama verən Rübabə Rzayeva sonradan dərc edilən məqaləni oxuyanda sarsılır. Çünki yazının başlığı birbaşa mərhum sənətçinin ruhuna həqarət idi.

Rübabə xanımla səmimi söhbət zamanı bildirib ki, sözügedən məqalə ondan alınan müsahibə əsasında yazılıb:

“Jurnalisti tanıyıram, amma adını çəkmək istəmirəm. Özü lazım bilsəydi, yazının sonunda adını qeyd edərdi. Biz heç vaxt yazdığımız məqalə oxunsun deyə belə başlıqlar yazmamışıq. Onsuz da sənətə qiymət verən insanlar o məqaləni oxuyacaqdılar. Çünki məqalə çox gözəl yazılmışdı. Onunla bağlı bir iradım da yoxdur. Bir insanın sənəti, şəxsi həyatı haqqında yazmaq istəyirsənsə, gərək onu dərindən araşdırasan. 33 ildir ki, dünyadan köçmüş bir insan haqqında yazı yazırsan və belə bir başlıq qoyursan, onun ruhuna hörmət etmək lazımdır. Düzünə qalsa, xəbərim yox idi. Tanıyan və tanımayan hər kəs xəbərin linkini mənə atdı. Bundan sonra yazını gördüm. Düzgün deyil. Oxuyanda çox qıcıqlandım. Yəqin ki bugünkü mətbuata belə yazılar lazımdır. Sonra üzrxahlıq edib, yazının başlığını dəyişdilər. Buna görə təşəkkür edirəm. Gərək belə bir hal yaşanmazdı. Mənə dedilər məhkəməyə ver. Lakin lazım bilmədim”.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …