Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Starbucks” mağazalarını bağladı, “Toyota” istehsalı dayandırdı

Həftə.az xəbər verir ki, 130-dan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizə aparan Çində “Starbucks Corp.” şirkəti mağazalarının yarısından çoxunu bağlayıb, “Toyota Motor Corp.” şirkəti isə ölkədəki istehsalını dayandırıb.

Məlumatda deyilir ki, virusun mərkəzi olan Vuhan; sənaye, nəqliyyat və iş mərkəzidir. 


“Apple”ın İcraçı direktoru Tim Cook etdiyi açıqlamada, “Apple şirkəti tədarükçüləri ilə istehsal itkisini azaltmaq üçün çalışır” deyib.

Toyota tərəfindən verilən açıqlamaya görə, istehsal 9 Fevrala qədər dayandırılıb. 

Virus, Çin və digər ölkələrdə yayılmağa davam edir, eyni zamanda, dünya səviyyəsində virusun yayılımasına mane olmaq üçün səyahət məhdudiyyətləri tətbiq edilir, hava yolları uçuşlarını təxirə salırlar,  “McDonald’s Corp” və KFC daxil bəzi şirkətlər mağazalarını bağlayırlar.

Volkswagen AG, Kanadanın sığorta şirkəti, Sun Life Financial Inc., “Credit Suisse Group”dan “Morgan Stanley”ə qədər banklar işçilərinə evdən işləmələrini tapşırıb. 

(marja.az)

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …