Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Korona virusdan necə qorunmalı?

Koronavirusun əlamətləri

Virusun özü ilə bağlı son məlumatlar nədir?

İnsandan-insana virusun keçməsinin təsdiqlənməsindən sonra Almaniya, Vyetnam, Tayvan və Yaponiyada virusun yayılması ilə bağlı narahatlıqlar artıb.

Çinin aparıcı nəfəs yolları mütəxəssisi və virusun qarşısını almaq və onu nəzarətdə saxlamaq üçün yaradılmış komandanın rəhbəri Zhong Nanshan Xinhua xəbər agentliyinə “düşünürəm, bir həftə və ya 10 günə virusun yayılması pik həddə çatacaq və ondan sonra virusun yayılmasında artım dayanacaq” deyib.

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq mütəxəssislərin ölkəyə gətirilib virusu anlamaq və qlobal şəkildə qarşısını almaq cəhdlərinə qoşulmaq təklifini qəbul edib.

Prezident Xi ÜST-ün katibi Tedros Adhanom Ghebreyesus-la görüşdə “bu virus şeytandır, və biz bu şeytanı gizlənməyə qoya bilmərik” deyib.

İnsandan-insana yoluxma qorxunu artırır

İnsandan-insana yoluxma halları barədə yayılan xəbərlər insanlarda bu virusun yayılma arealının miqyası barədə təsəvvür yaradaraq qorxu yaradır. Yaponiya və Almaniyada baş verən yoluxmalar göstərib ki, yoluxmuş insana yaxın gedən hər kəs bu virusa yoluxa bilər.

Öskürək və qızdırma kimi simptomları olan insanların ən çox yoluxucu olacağı hesab olunur.

Ancaq mütəxəssislər açıq bir yoluxma əlamətləri olmayan insanların da risk yarada biləcəyini istisna etmirlər. Bir insanın simptomları inkişaf etdirməsi bir həftədən çox zaman ala bilər.

Tövsiyə, yoluxmuş insanlarla yaxın təmasdan qaçmaqdır. Bu nəfəs məsafəsindən qaçmaq, yaxud da digər şəxslərin tənəffüs damlaları ilə çirklənmə ehtimalı olan səthlərə toxunmamaq üçün kifayət qədər məsafə saxlamaq deməkdir.

Koronavirus

Əlaqəli mövzular

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …