Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Yol polisi sürücüləri niyə tələyə salır? – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisi əməkdaşlarının sürücüləri saxlaması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Həftə.az”-a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisinin sürücülərə “tələ qurması” ilə bağlı videogörüntü yayılıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …