Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Millimiz üçüncü dəfə qalib oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirib.

Həftə.az Futbolxeber.az saytına istinadən məlumat verir ki, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib. Görüş yığmamızın əzmkar qələbəsi ilə başa çatıb. 

34-cü dəqiqədə qapısında qol görən Samir Əliyevin komandası ikinci yarıda oyunda dönüş edə bilib. Əvvəlcə 68-ci dəqiqədə Mustafa Yıldırım, matçın son dəqiqəsində isə Samir Abdullayev fərqlənərək yığmamız 2:1 hesablı qələbə qzzandırıblar. . 

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb. Buna qədər isə U-19 “Alanyaspor” 19 yaşlılardan ibarət komandasına 4:2 hesabı ilə qalib gəlmişdi. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …