Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Bəşəriyyətin yeni bəlası KORONA virus harada var?

80 nəfəri öldürən koronavirusa hansı ölkələrdə rast gəlinir?

Çində koronavirusdan ölənlərin sayı 80-ə çatıb, xəstəlik diaqnozu təsdiqlənənlər isə 3 minə yaxındır.

Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə Çin Yeni ili bayramı üç gün uzadılıb.

Bazar ertəsi günü Çinin hökumət başçısı Li Keqiang virusun yayıldığı Hubei bölgəsinin paytaxtı Wuhan şəhərinə gedib.

Hubei bölgəsində virusdan ölənlərin sayı 56-dan 76-ya qalxıb, dörd nəfər isə digər bölgələrdə ölüb.

Wuhan şəhəri blokadaya alınıb və bir neçə digər şəhərdlərdə səyahət qadağaları tətbiq edilib.

Çində 2744 nəfərdə virusa yoluxma halı təsdiq edilib. Dövlət mediası 300 nəfərdən çox adamın vəziyyətinin ağır olduğunu deyir.

Çindən başqa, Tailand, ABŞ və Avstraliya olmaqla ümumilikdə 42 nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.

Çindən başqa heç harada virusla bağlı ölüm hadisəsi qeydə alınmayıb.

Koronavirus şiddətli kəskin respirator infeksiyaya səbəb olur və xüsusi müalicəsi və ya peyvəndi yoxdur.

Ölənlərin çoxu yaşlılar və ya əvvəlcədən respirator problemləri olan adamlar olub.

Çində vəziyyət necədir?

Çinin dörd əsas şəhərlərində – Pekin, Şanxay, Xian və Tianjin şəhərlərində Yeni il şənliklərinin miqyası azaldılıb, avtobusla uzun yol səyahətləri qadağan olunub.

Çində həmçinin Böyük Çin səddinin bir hissəsi də turistlərə qapadılıb.

Bir neçə şəhərlərdə ictimai yerlərdə üz maskası taxmaq məcburi qayda kimi qoyulub.

Honq Konq və Şanxayda Disney parklar bağlanılıb.

11 yoluxma halının qeydə alındığı Honq Konqda şəhər boyu fövqəladə hal elan olunub, məktəblər isə fevralın 17-dək bağlanıb.

Beynəlxalq vəziyyət necədir?

Dünya Səhiyyə Təşkilatı və yerli hökumətlərin məlumatlarına görə, Çindən kənarda koronavirusa yoluxma hallarının sayı 42-dir. Bu hallar aşağı kimidir:

Tailand: 8

ABŞ, Avstraliya: 5

Sinqapur, Tayvan, Malayziya: 4

Fransa, Yaponiya: 3

Cənubi Koreya, Vyetnam: 2

Nepal, Kanada: 1

Virusa yoluxanların demək olar ki, hamısı bu yaxınlarda Wuhan şəhərinə səyahət edənlərdir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …