Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

AZAL Çinə uçuşları dayandırdı

Azərbaycan Hava Yolları Azərbaycandan Çinə uçuşları bir aylıq dayandırdı.

AZAL-ın sözçüsü Paşa Kəsəmənski Həftə.az-a deyib ki, şirkət hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır.

Hazırda Çində 80 nəfərdən çox insanın ölümünə səbəb olan koronavirus infeksiyası yayılıb, 3 minə yaxın adama isə bu xəstəliyin diaqnozu qoyulub.

Paşa Kəsəmənski deyib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsidir.

Onun sözlərinə görə, yanvar ayına planlaşdırılmış reyslərdə dəyişiklik nəzərdə tutulmayıb və bütün reyslər elan olunmuş vaxtda həyata keçiriləcək.

AZAL-dan bildirilib ki, Çinə uçuşlar martın 8-dən yenidən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys “China Southern” aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə, 4 reys yerinə yetirilir.

Belə ki, Bakıya Çinin Pekin və Urumçi şəhərlərindən aviareyslər var.

Azərbaycanda rəsmilər koronavirusun aşkar olunmadığını deyir.

Öz növbəsində, Dövlət Gömrük Komitəsi Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarətinin yoxlanıldığını açıqlayıb.

Baxın

Rusiya-Azərbaycan hava əlaqələri açıldı

Rusiya ilə Azərbaycan arasında hava əlaqələri bərpa olunur. Hefte.az xəbər verir ki, bu barədə Rusiya …